Səhiyyə işçilərinə silahlı hücum- - 3 ölü

sehiyye-iscilerine-silahli-hucum-
Oxunma sayı: 1123


“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Dana şəhərində iflic olan uşaqlara peyvənd vuran səhiyyə işçilərinə silahlarla atəş açılıb. Polis rəisi Ahtar Hayat açıqlamasında iki qadın və onları qoruyan bir polisin öıdüyünü bildirib. 

Qeyd edək ki, əyalət əhalisi peyvəndlərin vurulmasına qarşı çıxır, müsəlmanların sonsuzluğu üçün bu addımın atıldığını düşünürlər.  

Xatırladaq ki, iflic olan uşaqları müalicə etdirməyən valideynlər barədə əməliyyat keçirilmiş, 500 nəfər polis tərəfindən saxlanılmışdı.