Böyük Britaniyada baş nazir postuna real namizədlərdən biri olan səhiyyə naziri Mettyu Henyuk siyasi yarışmada iştirakdan imtina edib.
“Qafqazinfo”nun “The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, Mühafizəkarlar Partiyasının gələcək lideri üçün keçirilən ikinci tur səsvermədə kifayət qədər səs toplayan nazirin bu qərarı hansı səbəbdən verdiyi açıqlanmır.
Bununla da baş nazir postu üçün mübarizə aparan namizədlərin sayı 7 olub və 40 yaşlı Henyuk onlar arasında ən gənci olub.
İngiltərənin keçmiş Xarici İşlər naziri Boris Conson səslərin əksəriyyətini-17 lazım olan səsi üstələyərək 114 səs qazanıb. İkinci yerdə 43 səslə hazırkı XİN rəhbəri Ceremi Hant qərarlaşıb.
Bundan başqa, Daxili İşlər naziri Sacid Cavid, “Brexit” üzrə sabiq nazir Dominik Raab, beynəlxalq inkişaf naziri Rori Styuart da yüksək səs toplayan namizədlərdəndir.
Səsvermə növbəti həftəyə qədər keçiriləcək və iki namizəd qalana qədər bənzər formatda davam edəcək. Qalibin adı 22 iyuldan sonra açıqlanacaq.
Son xəbərlər
Son Xəbərlər