Səhiyyə naziri yaralılara baş çəkdi

sehiyye-naziri-yaralilara-bas-cekdi-
Oxunma sayı: 1688


"Qafqazinfo" xəbər verir ki, Ans press-in Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, onunla bərabər, nazir müavini Nigar Əliyeva da xəstəxanada olub. Ona yaralıların vəziyyəti barədə məlumat verilib. 

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, xəstəxanada 12 yaralı var. Onlarda 3-ü uşaqdır. Yaralılardan 6-ı reanimasiyadadır. Dünən 33 nəfər müraciət edib. 

Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.