Səhiyyə Nazirliyi ilə bağlı 10 milyonluq - Sərəncam

sehiyye-nazirliyi-ile-bagli-10-milyonluq-
Oxunma sayı: 2350

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Ağsu şəhərində Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 10 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.