Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyinin ANS PRESS-ə veridiyi məlumata görə, 300-ə qədər stomotoloji kabinet lisenziyasız fəaliyyət göstərmələri və ya lisenziyalarının müddətinin ötməsi ilə bağlı olaraq fəaliyyətləri dayandırılıb: “Bu yoxlamalar Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq davam etdiriləcək”.
A, Qədirli qeyd edib ki, bütün ölkə ərazisində olan stomotolaji kabinetlərdə bundan sonra da yoxlamalar aparılacaq: “Özəl stomotoloji klinikaların fəaliyyəti qanunauyğun olmalı, dövlət tərəfindən lisenziyalaşdırılmalıdır. Əks halda onların fəaliyyət göstərməyə ixtiyarları yoxdur”.
Son xəbərlər
Son Xəbərlər