“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Aktual.az-a bildirib ki, “Ceyhun Bədəlov uzun illər hemofiliya xəstəsi olub. Birinci Tibbi Kliniki Mərkəzə yox, Respublika xəstəxanasına qanaxma ilə ağır vəziyyətdə gətirilib. Həkimlər ilkin olaraq reanimasiya, müayinə, müalicə tədbirləri görüblər. Qohumlarının təkidi ilə xəstə Tibb universitetinin terapevtik korpusuna köçürülüb. Orada da görülən tədbirlər nəticə verməyib. Xəstə spirtli içkilərdən istifadə edib. Problemin kökündə bu səbəb dayanır”.
Xatırladaq ki, ötən gün Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim- pediatrı Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Ailəsinin dediyinə görə, C.Bədəlov yanlış diaqnoz və müalicə nəticəsində vəfat edib.
Son xəbərlər
Son Xəbərlər