Səhiyyə Nazirliyindən ölən 2 yaşlı uşaqla bağlı - Açıqlama

sehiyye-nazirliyinden-olen-2-yasli-usaqla-bagli-
Oxunma sayı: 1675

Səhiyyə Nazirliyi Qusar rayonu Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlunu ölümü ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cavid Xəlilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, uşağın valideynləri yanvarın 3-dən 4-nə keçən gecə saat 1:00-da Qusar Mərkəzi Xəstəxanasına müraciət ediblər: “Uşağa zəruri ambulator yardım göstərilib. Lakin valideynlər onu stasionara yerləşdirməkdən imtina ediblər. Sonra özəl müəssisəyə müraciət ediblər”.

Qeyd edək ki, Rahid Fəttahovun yaxınlarının Report-a dediklərinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnoz qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.

Günel Türksoy