Səhiyyə Nazirliyinin nəzdində yeni mərkəz yaradılır

sehiyye-nazirliyinin-nezdinde-yeni-merkez-yaradilir
Oxunma sayı: 2353

“Yaxın zamanlarda Səhiyyə Nazirliyinin nəzdində Tibb müəssisələrinin akkreditasitya və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. 

“İstənilən tibb müəssisəsinin, onun nəzdində fəaliyyət göstərən tibb içşilərinin fəaliyyəti, istifadə olunan alət və cihazlar müəyyən standartalara uyğun olmalıdır. Bu da müraciət edənlərin keyfiyyətli tibbi xidmətdən yararlanmağa gətirib çıxarır. Bununla bağlı Səhiyyə Nazirliyinin tabeliyində işçi qrup fəaliyyət göstərir. Standartalara uyğun olaraq tibb müəssisələri sertifikasiyadan keçiriləcək və davamlı olaraq həmin müəssisələrin normal fəaliyyətinə nəzarət ediləcək”.

Gülnar Əliyeva