Səhiyyə sahəsində təqaüdlər ayrıla bilər

sehiyye-sahesinde-teqaudler-ayrila-biler
Oxunma sayı: 1127

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanomu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, nazir Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlığı müsbət qiymətləndirib.

T.Adhanom Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu qeyd edərək ÜST çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.

Görüşdə ÜST-də Azərbaycandan olan mütəxəssislərin çalışması və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.