Səhiyyə xərclərinə ayrılan vəsait- - 777,7 milyon manat

sehiyye-xerclerine-ayrilan-vesait-
Oxunma sayı: 1208


“Qafqazinfo”nun məlumatına görə, AzərTAc Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən xəbər verir ki, 2015-ci il dövlət büdcəsinin səhiyyə xərclərindən poliklinikalar və ambulatoriyalara 110,1 milyon manat, xəstəxanalara 359 milyon manat, səhiyyə sahəsində digər xidmətlərə 7,1 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 5 milyon manat, səhiyyə sahəsinə aid edilən digər xidmətlərə 296,5 milyon manat vəsait nəzərdə tutulub.

2015-ci il dövlət büdcəsindən səhiyyə sisteminə ayrılacaq vəsait səhiyyənin maddi-texniki bazasının güclənməsinə, müasir tibbi avadanlıq və qurğularla təchizatının beynəlxalq standartlara uyğunlaşdırılmasına, yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsinə, bütövlükdə səhiyyə sistemində struktur islahatlarının həyata keçirilməsinə və tibbi xidmətin səviyyəsinin yaxşılaşmasına imkan verəcək. Bu bölməyə əhalinin sağlamlığının qorunması sahəsində əhaliyə tibb xidməti göstərən poliklinikaların, ambulatoriyaların, xəstəxanaların, qanköçürmə stansiyalarının və digər səhiyyə müəssisələrinin saxlanılması ilə bağlı xərclər daxildir.