Səhnədə ayaqqabılarını çıxardı - “Səs Azərbaycan”da + Video

sehnede-ayaqqabilarini-cixardi
Oxunma sayı: 3335

“Səs Azərbaycan” musiqi yarışmasının növbəti buraxılışı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, “musiqili döyüş” mərhələsində iştirakçılar sonrakı mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparıblar.

Mübariz Tağıyevin komandasında yarışan Nataella Mixayilova və Ozan Əhmədovun fərqli çıxışı hər kəsi heyrətləndirib. Onlar “su-alov” mahnısını səsləndiriblər.

Natella ifa zamanı ayaqqabılarını çıxararaq rəqs edib.

Manana, Tünzalə Ağayeva və Faiq Ağayev bu çıxışı ərsəyə gətirən Mübariz Tağıyevə təşəkkürlərini bildiriblər.