Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç dünyasını dəyişib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şəhərdə keçirilən konsert zamanı səhnədə bıçaqlanan merin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Pavel Adamoviçin konsertdən sonrakı çıxışı zamanı naməlum şəxs səhnəyə atılaraq onu bıçaqla yaralamışdı. Şahidlərin sözlərinə görə o, adının Stefan olduğunu qışqırmış və günahsız yerə həbsxanaya düşdüyünü bildirmişdi. Merə hücum edən şəxs yaxalanıb. Onun əqli çatışmazlığı olduğu müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər