Ötən gün “Səs Ukrayna” musiqi müsabiqəsinin növbəti buraxılışı baş tutub.
“Qafqazinfo”nun məlumatına görə, şouda müğənni Çingiz Mustafayev də çıxış edib, “Bamboleo” mahnısını səsləndirib.
Sənətçinin səhnədə çıxışı zamanı gitarasının simi qırılıb. Daha sonra Çingiz “bura ki, şoudur”,- deyərək pərt olmadığını göstərib.
“Səs Ukrayna”nın orkestrindən olan gitaraçı musiqi səsləndirməyə başlayıb, Çingiz isə ifasını davam edib.
İfaçı 4 münsifi də -Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenkonu öz tərəfinə çevirə bilib.
Çingizin seçimi Svyatoslav Vakarçuk olub.
Son xəbərlər
Son Xəbərlər