Türkiyəli bəstəkar-müğənni Sinan Akçıl İstanbulda yayın sonuncu konsertini verib. “Qafqazinfo” xəbər verir ki, gecəyə “Best Model of the World” birincisi, model Gizem Kayalı da qatılıb.
Sinanla adı eşq dedi-qodularında hallanan model bütün diqqətləri öz üzərinə çəkib. Sinan səhnədə “Bu gün dünyanın ən gözəl qızı buradadır. Ona belə tac veriblər. Amma mən onun daxili gözəlliyinə tac verirəm” deyərək eşqini bir daha elan edib.
İki saat ərzində səhnədə olan Sinan konsertdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb: “Yorğunam, bu səbəbdən istirahətə gedə bilmədim. Bundan sonra tətil edəcəm. Həmişə belə açıqlama vermişəm, yenə də deyirəm. Mətbuatda çox şey yazırlar. Amma onlar yox, yanımdakı xanım həqiqətdir. Bu səbəbdən gizlətməyə ehtiyac duymuruq. Çox gözəl eşq yaşayırıq”.



Son xəbərlər
Son Xəbərlər