Pop ulduz Madonna Avstraliyada konsert verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, klon geyimində səhnəyə çıxan 57 yaşlı müğənni konsertə 4 saat gec başlayıb.
Madonna səhnədə “Intervention” mahnısı oğlu Rokkoya həsr edib, vodka içərək ağlamağa başlayıb.
Bu zaman səhnədəki monitorda oğlunun görüntüləri yayımlanıb.
Xatırladaq ki, dörd uşaq anası olan Madonna bu həftə Yeni Zellandiyada verdiyi konsertdə də ağlamışdı.
Qeyd edək ki, Madonna və Ritchie 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıblar. Oğulları Rokko keçdiyimiz dekabr ayından etibarən atası Ritchie və onun yeni evləndiyi ögey anası model Jacqui Ainsley ilə birlikdə Londonda yaşayır.
Müğənni isə məhkəməyə müraciət edərək oğlunu Londondan, atasının yanından Nyu-Yorka öz yanına qaytarmaq niyyətindədir.












Son xəbərlər
Son Xəbərlər