Səhra ortasında 92 nəfər ölümdən qurtarıldı

sehra-ortasinda-92-nefer-olumden-qurtarildi
Oxunma sayı: 747

Niger ordusu Böyük Səhrada insan alverçilərinin ac və susuz buraxdığı 92 miqrantı ölümdən xilas edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xilas edilənlərin ən az 30-u qadın və uşaqlar olub. Lakin, vəziyyəti ağır olan bir nəfər müvəqqəti qurulan tibb ocağında həyatını itirib.

Bu yol Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən afrikalı miqrantların ən çox istifadə etdiyi istiqamətdir. Lakin, yolun ən təhlükəli hissəsi ucsuz-bucaqsız Böyük Səhradır.

Avtomobillərə daha çox insan yerləşdirmək istəyən təşkilatçılar yer olmadığı üçün yanlarında su  və ərzaq da götürmürlər. Maşınlarda ortaya çıxan hansısa problem zamanı isə miqrantlar susuzluq və aclıq təhlükəsi ilə üzləşirlər.

Həmin səhrada buna bənzər hadisələr tez-tez baş verib. Ötən həftə 44 nəfər, 2016-cı ildə isə 34 miqrantın cəsədi səhradan tapılmışdı.