Şəhriyar 1/4 finalda Aronyanla qarşılaşacaq - Yenilənib

sehriyar-14-finalda-aronyanla-qarsilasacaq
Oxunma sayı: 1710

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - “Chessable Masters" keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyanla heç-heçə edib. Şahmatçımızın Aryan Tari ilə mübarizəsi davam edir.

Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

***

Şəhriyar Məmmədyarov ilkin mərhələnin son turunda Aryan Tari ilə heç-heçə edib. O, 9 xalla 7-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Şahmatçımızdan başqa ABŞ təmsilçiləri Uesli So, Hikaru Nakamura, Fransa təmsilçisi Alireza Firuzca, rusiyalı Vladislav Artemiyev, vyetnamlı Le Quan Liyem, niderlandlı Jorden Van Forrest, ermənistanlı Levon Aronyan da pley-offa vəsiqə əldə ediblər.

Şəhriyar Məmmədyarov 1/4 finalda ermənistanlı Levon Aronyanla qarşılaşacaq. 1/4 final iki gün ərzində oynanılacaq iki matçdan ibarətdir.