9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Bayramov I qrup əlil Elçin Babayevi ziyarət ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, təşviqat kampaniyası zamanı çətin şəraitdə yaşayan sakinləri ziyarət edən Ş. Bayramov onların fikirləri ilə yaxından tanış olub, seçki platforması haqda məlumatlar verib.
Namizəd ziyarət zamanı öyrənib ki, I qrup əlil olan Elçin 50 ildir ki, yataq xəstəsidir. Ona yaşlı anası baxır və bu zaman bir çox problemləri olur. Ailə ilə yaxından tanış olan Şəhriyar Bayramov onların problemləri nəzərə alacağını bildirib.



Son xəbərlər
Son Xəbərlər