9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Şəhriyar Bayramov seçicilərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, namizəd 9 fevralda keçiriləcək növbədənkənar seçkilərdə seçiciləri ona dəstək olmağa çağırı:
“Əziz həmvətənlərim, seçicilərim, bu gün təşviqat kampaniyamız yekunlaşır. Əvvəla, hər birinizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, könüllü olaraq yanımda oldunuz, təşviqatın aparılmasında kömək etdiniz. Mən təkcə bu 1 ayda deyil, hər zaman Sizin yanınızda olmuşam. Bundan sonrakı dövrdə də qürurla Sizə xidmət etməyə hazıram. 9 Fevral hər birinizi səs verməyə çağırıram. Sabahımız Sizin əlinizdədir. Sizi, ailənizi, tanıdıqlarınızı səs verməyə, islahatlara dəstək olmağa çağırırıq. Mənə səs verin ki, Milli Məclisdə Sizi təmsil edim, rifahınız üçün qanunvericilik orqanında əlimdən gələni edim.
Hörmətlə,9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Bayramov”.
Son xəbərlər
Son Xəbərlər