Şəhriyar bu dəfə 6-cı oldu

sehriyar-bu-defe-6-ci-oldu
Oxunma sayı: 1360

"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un Rapid turnirində sonuncu turların partiyaları oynanılıb.

"Qafqazinfo" xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb.

Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb. Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olmuşdu.