Şəhriyar ikinci pillədə qərarlaşdı

Şəhriyar ikinci pillədə qərarlaşdı
Oxunma sayı: 795

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində ikinci pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, rapid üzrə baş tutan 9 oyundan sonra Şəhriyarın aktivində 10 xal var.

Məmmədyarovla eyni xala malik niderlandlı Aniş Qiri və ermənistanlı Levon Aronyan da ikinci pilləni bölüşürlər.

Lider isə 12 xalla turnirin favoritlərindən sayılmayan Anton Korobovdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi