Berlində şahmat üzrə İddiaçılar Turnirində sonuncu - 14-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, çempionluq şansını son tura qədər qoruyan təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb.
Şəhriyarın bütün səylərinə baxmayaraq oyun bərabərə bitib. Bununla da Şəhriyarın çempionluq şansı möcüzələrə qalıb. Onun çempion ola bilməsi üçün lider Fabiana Karuana Aleksandr Qrişuka məğlub olmalıdır.
***
Karuana Qrişuku məğlub edərək turnirin qalibi olub. Ş.Məmmədyarov isə 2-ci pilləni tutub.
Qeyd edək ki, Karuana şahmat tacı uğrunda görüşdə Maqnus Karlsenlə qarşılaşacaq.
Turnir cədvəli:
1. Karuana - 9
2. Məmmədyarov - 8
3. Karyakin - 8
4. Dinq - 7.5
5. Kramnik - 6.5
6, Qrişuk – 6,5
7. So – 6
8. Aronyan – 4.5
Son xəbərlər
Son Xəbərlər