Şəhriyar Məmmədyarov ili 3-cü sırada başa vurdu

sehriyar-memmedyarov-ili-3-cu-sirada-basa-vurdu
Oxunma sayı: 1863

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2018-ci ilin yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov 3-cü sıradakı mövqeyini daha da möhkəmləndirib.

Şahmatçımız əmsalını 2804 xala çatdırıb. O, FIDE-nin dekabr ayı üçün reytinq siyahısındakı əmsalını 5 xal yaxşılaşdırıb.

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) dekabr ayı ilə müqayisədə iki pillə geriləyərək 19-cu sırada qərarlaşıb. Öz əmsalını və mövqeyini qoruyan Rauf Məmmədov (2709) 40-cı, iki pillə irəliləyən Arkadi Naydiç (2701, ötən ay 2705) isə 41-ci sıradadırlar.

Reytinq siyahısına hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2837) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2811 xalla ikinci yerdədir.