Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirib.
“Qafqazinfo” xəbər verir ki, şahmatçımız 7-ci turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Qrosmeysterimiz M. Karlsenə 2,5:0,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.
Son xəbərlər
Son Xəbərlər