Şəhriyar yenidən FİDE reytinqində ilk “10-luq”da

sehriyar-yeniden-fide-reytinqinde-ilk-10-luqda
Oxunma sayı: 1162

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. 

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.
 
Xallarını 2767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Teymur Rəcəbov isə 2753 xalla ötən ayla müqayisədə 1 pillə də geriləyib. O, 14-cü pillədə qərarlaşıb.