Şəhriyardan növbəti heç-heçə

sehriyardan-novbeti-hec-hece
Oxunma sayı: 1187

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir.

“Qafqazinfo” xəbər verir ki, beşinci turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinglə üz-üzə gəlib.

Çinli rəqibinə qarşı qara fiqurlarla oynayan Məmmədyarov son 3 turda olduğu kimi, bu dəfə də heç-heçə ilə kifayətlənib. Tərəflər 31-ci gedişdə yarım xala razılaşıblar.

Qeyd edək ki, hazırda aktivində 3 xalı olan qrossmeysterimiz lider Fabiano Karuanadan yarım xal geri qalır.