Şəhriyardan qələbə, Teymur uduzdu

sehriyardan-qelebe-teymur-uduzdu
Oxunma sayı: 1481

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb.

Məmmədyarov ikinci görüşdə rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.