Şəhriyardan qələbə, Teymurdan heç-heçə

sehriyardan-qelebe-teymurdan-hec-hece
Oxunma sayı: 1700

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində 1/4 final mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə bütün partiyalarda heç-heçə edib - 2:2, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya (FIDE) qalib gəlib - 3:1.

Bu raundun ikinci görüşləri bu gün keçiriləcək.

1/4 final

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5