Şəhriyardan səhhəti ilə bağlı açıqlama

sehriyardan-sehheti-ile-bagli-aciqlama
Oxunma sayı: 4239

Millimizin qrossmeysteri Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən “Gibraltar Masters” turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şahmatçımız feysbuk hesabında paylaşım edib.  

Şəhriyar bildirib ki, allergik xəstəliyinə görə yarışı davam etdirə bilməyib: “Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”.