“Səhv etdim və partiyanın taleyi həll olundu…”

sehv-etdim-ve-partiyanin-taleyi-hell-olundu
Oxunma sayı: 1389

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\32 final mərhələsinin cavab görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ təmsilçisi Fabiano Karuanayla heç-heçə oynayıb.

İki görüşün nəticəsinə görə Dünya Kubokuyla vidalaşan Məmmədov uğursuzluğu belə izah edib:

"Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi həll olundu. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur. Onlar bunu bağışlamır.

41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum".