“Qafqazinfo”ya açıqlama verən futbolçu ilk oyunun nəticəsindən çox şeyin asılı olacağını deyib: “Yaxşı nəticə əldə etmək üçün yaxşı oyun göstərmək lazım olacaq. İlk oyunda sərfəli nəticə qazanmalıyıq ki, cavab matçı da bizim üçün rahat keçsin. “Tvente” çox güclü bir kollektivə malik komandadır. İstənilən komandaya baş ağrısı ola bilər. Baxmayaraq ki, heyətlərində elə də tanınmış futbolçuları yoxdur, ancaq komandanın özünəxas oyun üslübu var. Ümumiyyətlə, püşkatma zamanı daha asan rəqiblə qarşılaşa bilərdik. Ancaq rəqibimiz “Tvente” oldu. Hollandiya, Avstriya kimi ölkələrdə hər zaman güclü komandalar olur. Buna baxmayaraq, məşqlərimizə davam edirik və var gücümüzlə bu matça hazırlaşırıq. Birinci oyunda səhv etməyə ixtiyarımız yoxdur.İnşallah, azarkeşlərimizlə birlikdə, onların dəstəkləri ilə qalib gəlmək istəyirik”.
Qeyd edək ki, Avro Liqanın play-off mərhələsi çərçivəsində “Qarabağ” avqustun 21-də saat 21:00-da Hollandiyanın “Tvente ”klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər