“Səhvdən qaçmaq mümkün deyil” - Sadiqov

sehvden-qacmaq-mumkun-deyil
Oxunma sayı: 752

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk görüşündə “Zirə” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Demək olar ki, 50 faiz mərhələ adlamısız?

- İşimizin yarısını görmüşük. Səfərdə 2 qol bizə üstünlük verir. Hər iki komanda yaxşı oynadı. Azarkeşlər də zövq aldılar. Rəqibimiz daha çox əks-hücumlara bel bağlayırdı.

- Siz qol vurduqdan 2 dəqiqə sonra “Zirə” də fərqləndi…

- Səhvdən qaçmaq mümkün deyil. Hansısa futbolçu səhv etməlidir ki, rəqib də qol vursun. Bizim də ani diqqətsizliyimizdən onlar yararlandı. Ruhdan düşmədik və qələbə qolunu vurduq.

- İkinci qol standart vəziyyətdən vuruldu. Bu ev tapşırığı idi?

- Yox. Biz hər zaman standart vəziyyətlərdən ucaboy futbolçularımız vasitəsilə yararlanmağa çalışırıq. Onlar “ikinci mərtəbə”də təhlükəli olurlar. Roman Qriqorçuk da bizə bu vəziyyətlərdən maksimum yararlanmalı olduğumuzu bildirir. Amma gəlin qeyd edək ki, matç ərzində yaxşı hücumlarımız oldu.

- Hücuma daha çox yer ayırmışdız…

- Baş məşqçi belə tapşırıq vermişdi. Biz müdafiədə az oynamalı, qol vurmalı idik. Çünki baş məşqçimiz də demişdi ki, səfərdə qol vurmaq üstünlükdür. Evdə daha rahat oynamaq üçün qol vurmalı idik.

- Növbəti turda “Neftçi” ilə üz-üzə gələcəksiz. Rəqibiniz ardıcıl 3 matçda məğlub olub…

- Onlar doğma meydanda oynayırlar. Bu komanda gənclərdən qurulub. Amma meydanda çox işləyirlər. Xal itirməməliyik. “Qarabağ” və “Zirə”ni çox irəli buraxsaq, vəziyyət pis olacaq. Qələbə üçün oynayacağıq.

Elsevər