Səhvən dərman içən qadın zəhərləndi

sehven-derman-icen-qadin-zeherlendi
Oxunma sayı: 1020

Gəncə şəhər sakini zəhərlənib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhərin Məhsəti qəsəbə sakini, 1990-cı il təvəllüdlü Seymur Məmmədov dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, S. Məmmədov səhvən dərman həbləri qəbul etdiyinə görə zəhərlənib.