“Səhvlərimiz bizə baha başa gəldi” - “Kəpəz”in baş məşqçisi

sehvlerimiz-bize-baha-basa-geldi
Oxunma sayı: 1634

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ”yə səfərdə 0:3 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
 
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları söyləyib:
 
“Qalib gəlmək istəyirdk. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə baha başa gəldi. Dario Federiko oyunun əvvəlində yüz faizli qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı”.