“Şəhzadələr” birinci oldu- - Fotolar

sehzadeler-birinci-oldu-
Oxunma sayı: 1400


“Qafqazinfo”nun məlumatına görə, zona mərhələsində Ağcabədi, İmişli, Bərdə, Tərtər, Fizuli, Zərdab rayonlarını və Yexlax şəhərini təmsil edən komandalar iştirak ediblər. Bərdə rayonunu bu yarışda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin 6 nəfər şagirddən ibarət “Şəhzadələr” komandası layiqincə təmsil edərək birinci yeri tutub.

Bu komanda aprel ayının axırında Bakıda keçiriləcək final yarışlarında iştirak etmə hüququ qazanıb. Məktəb-liseyin ikinci (1-ci komanda Hərum) komandasıdır ki, respublika səviyyəli intellektual yarışlarda qalib olurlar. Hər iki komandanı yarışlara Bərdə rayon Təhsil şöbəsinin yaxından köməkliyi ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov hazırlayıb.