Səid Dadaşbəylinin anası vəfat etdi

seid-dadasbeylinin-anasi-vefat-etdi
Oxunma sayı: 2261

Hazırda həbsdə olan Səid Dadaşbəylinin anası vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətənə xəyanətdə və dövlət çevrilişinə cəhddə təqsirləndirilən Səid Dadaşbəylinin anası Qətibə Qarayeva dünən dünyasını dəyişib. S.Dadaşbəyli 2007-ci ildə həbs edilib və məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bir müddət öncə isə Qətibə Qarayeva oğlunun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun hazırda həbsdə olan yaxın adamları tərəfindən şərləndiyini bildirmişdi.

Murad Əhməd