“Səidə hər zaman mərd olub…” - Fotolar

seide-her-zaman-merd-olub
Oxunma sayı: 5941

Müğənni Niyam Salami həmkarı Səidə Sultanla birgə ifa etdiyi “Bir şans ver” adlı bəstəyə klip çəkdirir.

"Qafqazinfo" xəbər verir bu barədə N.Salaminin özü məlumat verib. O bildirib ki, çəkilişlər paytaxtda baş tutub:

“Səidə mənim bu sənətdə yeganə dostumdur. Baxmayaraq ki, şou-biznesdə bir çox müğənnilərin dostluqlarını görmüşəm. Amma Səidə hər zaman sadiq və mərd olub. İstədim ki, onunla oxuduğum “Bir şans ver” adlı mahnını bir layihə kimi təqdim edək. Məhz buna görə də mahnını ekranlaşdırmağı qərara aldıq. Klipin rejissorluq işini Rüfət Şabanov həyata keçirəcək. Düşünürəm ki, fərqli bir işlə sevənlərimizin qarşısına çıxacağıq”.