Səidədən Aqilə “dələduz” - İsmarışı

Səidədən Aqilə “dələduz”
Oxunma sayı: 559

“Dünən səsvermədə olmağı heç gözləmirdim. Mən də oradakılar kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu bir mübarizədir. Oyunumu oynayaraq qalib olmuşam”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən gün “Maşın” şounu tərk edən Səidə Sultan yazıb. 

Müğənni instaqradam şouda hədəf seçdiyi Aqil M. Quliyevin dələduz olduğunu iddia edib:

"Murad Dadaşov sayəsində çox şey qazandım. Oyunumu da təmiz və dürüst oynadım. Mənə dəstək olan bütün insanlara təşəkkürlər. Getsinə səs göndərənlərə də xüsusi təşəkkürlər. Çıxmağım ən məsləhətlisi idi. Bir az da qalsaydım, dəqiq bilirəm ki, dəli olacaqdım. Orada dürüst insan tapa bilmədim. Hamı bir-birindən hovlu gəzir. Bəzi kişilər də elə bil mən kişi idim, mənimlə başa-baş gedirdilər. İnsanlardan o sevgini qazandım.

Orada olan bəziləri görüm nə qazanacaqlar. Kiminsə sayəsində yox, öz sayəsində nəsə qazansınlar. Məni aktrisa görən Aqil M. Quliyev! Sətiraltı söz deyir, get, öz yaşayışın olan dələduzluqdan danış. Camaat çörəyini qulağına yemir. Görün, mən tək canıma bir neçə iştirakçı ilə mübarizə apardım”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi