“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, “Gündəlik” verlişinin ikinci buraxlışının qonaqlarından biri olan Fərda Xudaverdiyev, tarixən bu günümüzə qədər gəlib çıxan bir çox adət-ənənələrə qarşı çıxıb. Yumor ustası “Novruz Bayramı” ilə əlaqədar olan bu adət-ənənələrimzin artıq dəyişmək zamanı olduğunu söyləyib. O, sözlərini belə izah edib:
“Deyirik “Yeni il” bizim bayramımız hesab edilmir, bizim milli bayramımız “Novruz”dur. Amma, gəlin nəzər salaq, Şaxta baba ildə bir dəfə gəlir və uşaqlara öz hədiyyələrini gətirir. Bəs bizim milli bayramımızın qəhrəmanları- “Kosa” və “Keçəl” nə edirlər?! Gəlib insanların bişirdiyi nemətləri yığıb-yığışdırıb gedirlər. Camaat əziyyət çəkib 5-10 şəkərbura bişirir, onu da onlar alıb aparır.”
Daha sonra aktyor, “Novruz” bayramının ən sevilən adətlərindən hesab edilən “papaqattı”ya münasibətinin birmənalı olmadığını və onun çox yalnış bir adət olduğuna bu sözləri ilə haqq qazandırmağa çalışıb:
“Sizcə şəkərbura, paxlavaya görə papağı yerə atarlar? Nə olsun ki, bu bir adət-ənənədir. Papaq axı qeyrət rəmzidir. Papağa bizdə başqa hörmət var. Ona qalsa keçmişdə böyüklər də uşaqlarla bərabər Novruz bayramında papaq atırdılar, söhbət ondan getmir. Məsələ burasındadır ki, zəmanə artıq dəyişib. İndi başqa bir zəmanədir. Bu cür adətlər yığışdırılmalıdır”.
Son xəbərlər
Son Xəbərlər