Şəki beynəlxalq tədbirə hazırlaşır

seki-beynelxalq-tedbire-hazirlasir
Oxunma sayı: 917

TÜRKSOY tərəfindən Mədəniyyət Paytaxtı seçilən Şəkidə tədbir hazırlıqları davam edir.

“Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəki möhtəşəm açılış mərasiminə hazırlaşır. Açılışın baş tutacağı məkanlarda son tamamlama işləri aparılır. Görülən işlərlə yaxından tanış olmaq məqsədi ilə rayon rəhbərliyi tədbirlərin keçiriləcəyi məkanlara baş çəkib.

28 apreldə reallaşacaq açılış öncəsi isə Şəkinin tarixini, etnoqrafiyasını əks etdirən böyük tədbir keçiriləcək.

Şəkinin Mədəniyyət Paytaxtı seçilməsi şəhərin tanınması baxımından çox böyük rola malikdir. Keçirilən tədbirlər fonunda şəhərə gələn turistlərin də sayında artım olacağı gözlənilir. Böyük tədbirlərə ev sahibliyi edən Şəkiyə gələn qonaqları da maraqlı sürprizlər gözləyir.

Şəkinin TÜRKSOY-un Mədəniyyət Paytaxtı seçməsi isə heç də təsadüfi deyil. Çünki Şəki hər zaman öz tarixi və qədimliyi ilə diqqət mərkəzində olub. Tədbirlər əsasən Şəki Xan Sarayı, Yuxarı Karvansaray kimi tarixi məkanlarda keçiriləcək.