Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun əsəri əsasında Şəki Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Ezop” tamaşasının premyerası olub.
“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbərliyinin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tamaşa 144 illik tarixi olan Şəki Teatrının dövlət statusu almasının 90 illik yubileyi münasibətilə hazırlanıb.
Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir.
Tamaşada əsas rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər.
Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, teatr kollektivinin uğurlarından danışıb və yaradıcı heyəti təbrik edib.







Son xəbərlər
Son Xəbərlər