Şəki festivalında “Evlənmə” göstərilib

seki-festivalinda-evlenme-gosterilib-
Oxunma sayı: 743


“Qafqazinfo”nun məlumatına görə, Şəki Dövlət Dram Teatrında oynanılan tamaşada şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, teatrsevərlər iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Tamaşada əsas rolları Xalq Artisti Alim Məmmədov, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Novruz Cəfərov, aktyorlar Zəminə Cəfərova, Şəlalə Rüstəmova, Rauf Hüseynov və başqaları oynayıblar.

Teatrsevərlər tərəfindən böyük maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.