Şəki İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə yardım göstərilir - Foto

seki-icra-hakimiyyeti-terefinden-azteminatli-ailelere-yardim-gosterilir
Oxunma sayı: 1895

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində də qabaqlayıcı tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, aprelin 5-dən etibarən şəhər ərazisində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər polis şöbəsinin əməkdaşları xüsusi karantin rejiminə nəzarəti həyata keçirirlər. Şəkinin səhiyyə işçiləri də gücləndirilmiş iş rejimində işləyirlər. Onlar müraciət edən insanların müalicəsi, əhalinin sağlamlığının təmin edilməsi məqsədilə var gücləri ilə çalışırlar. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki şəhərində, kənd və qəsəbələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla, Şəki şəhərində sosial tədbirlər də davam etdirilir. Şəkidə yaşayan tənha, ahıl vətəndaşlar diqqət mərkəzində saxlanılır, onlara sosial xidmətlər göstərir, zəruri tələbatlarının ödənilməsi həyata keçirilir, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır, onların problemləri dinlənilir. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır.