Şəki İcra Hakimiyyətindən Türkiyəyə dəstək - Foto

seki-icra-hakimiyyetinden-turkiyeye-destek
Oxunma sayı: 2091

Azərbaycanın bütün bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən qardaşlarımıza öz dəstəyini göstərir. Bu dəhşətli zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək təşəbbüsünə Şəki Şəhər İcra Hakimiyyəti də qoşulub.

Bu barədə “Qafqazinfo”ya Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qardaş Türkiyədə baş vermiş zəlzələnin fəasdlarının aradan qaldırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən isti geyim və qida məhsullarından ibarət 20 tonluq humanitar yardım Gəncə şəhərindən qardaş ölkəyə yola salınıb.