Şəki sakinlərinin nəzərinə!

seki-sakinlerinin-nezerine
Oxunma sayı: 1209

“Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar mayın 17-si saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya bildirilib.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.