Şəkidə 1 tonluq çətənə məhv edildi

sekide-1-tonluq-cetene-mehv-edildi
Oxunma sayı: 895

Şəkidə yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat keçirilib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 

Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.