Şəkidə 22 yaşlı gənc dərmandan zəhərləndi

sekide-22-yasli-genc-dermandan-zeherlendi
Oxunma sayı: 1896

Şəkidə 22 yaşlı gənc dərmandan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin Bağbanlar küçəsində yaşayan 2002-ci il təvəllüdlü Məmmədov Asim Həsən oğlu zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı A.Məmmədovun çox sayda dərman qəbul etdiyi və zəhərləndiyi məlum olub.

Xəstəxanada 22 yaşlı gəncə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti həkim nəzarətindədir.

Mübariz Muradov