Şəkidə 31 yaşlı gənci ilan sancdı

sekide-31-yasli-genci-ilan-sancdi
Oxunma sayı: 2162

Bu gün günorta saatlarında Şəkinin Şirinbulaq kənd sakini 1987-ci il təvəllüdlü Fariz Fərhad oğlu Səlimov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, F. Səlimov ailəsinə məxsus torpaq sahəsində işləyən zaman ilan qəfildən onun sağ ayağın baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fariz Səlimova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Fariz Səlimovun vəziyyətinin orta-ağır olduğu bildirilir.