Şəkidə 33 yaşlı qadın intihar etdi

sekide-33-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 1943

Şəkidə 33 yaşlı qadın intihar edib. 

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

33 yaşlı Aynurə Abdurəhmanovanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.