Şəkidə 42 yaşlı kişini maşın vurdu

sekide-42-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 1171

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Oğuz şossesində olub.

Belə ki, “VAZ-21099” markalı minik avtomobili Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədov Murad Oktay oğlunu vurub.

Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov